Daha 3 idmançını cəzalandırdı

Milli antidopinq agentliyi daha 3 idmançını cəzalandırıb. Allsport.az saytı xəbər verir ki, bunlar ağırlıqqaldıran Firuzə İbrahimova, karateçi Xudayar Kərimov və boksçu Gülhüseyn Ağazadədir. Onlardan alınmış nümunələrdə qadağan edilmiş maddə və ya onun metabolit, yaxud markerlərinin mövcudluğu təsbit olunub.

Orqanizmində S1.1B Endogen AAS / 5aAdiol (ekzogen mənşəli) və S1.1B Endogen AAS / 5bAdiol (ekzogen mənşəli) aşkarlanan Firuzə İbrahimova 2-il idmansız qalacaq. Onun cəzası 2019-cu il sentyabrın 23-dən hesablanır.

Xudayar Kərimovda S9. Glükokortikoidlər/ betamethasone aşkarlanıb. O da eyni müddətə cəzalanıb. Karateçi 2020-ci il noyabrın 26-dan kənardadır.

4-illik cəza verilən Gülhüseyn Ağazadənin orqanizimində S1.1B Endogen AAS və onların metabolit və izomerləri/ 19-norandrosteron tapılıb. Boksçunun cəzası 2024-cü il yanvarın 14-də bitəcək.

Həmin kateqoriyadan