Dama üzrə Bakı birinciliyinə yekun vurulub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Şahmat-Dama İdman Məktəbində start götürən ümidlər, kiçik kadetlər, kadetlər və gənclər arasında 64 xanalı dama üzrə Bakı birinciliyi yekunlaşıb. Allsport.az xəbər verir ki, yarışlar beynəlxalq dərəcəli hakim Boris Muşailovun rəhbərlik etdiyi hakimlər kollegiyası tərəfindən idarə olunub.

Qızlar və oğlanlar arasında keçirilən yarışda 70 idmançı iştirak edib. Yarışın bağlanışında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşı, paytaxtın dama idman növü üzrə əlaqələndirici – kuratoru Salman Əbdülov və yarışların baş hakimi B.Muşailov qalibləri təbrik edib, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıblar. İlk üç yeri tutan idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.

Həmin kateqoriyadan