“Dinamo”nun həndbolçusu: “2-ci görüş gözlədiyimiz kimi ağır oldu”

Həftəsonu “AHF arena”da kişilərin yüksək dəstəsinin 13-cü və 14-cü turlarında qızıl medallara iddialı “Dinamo” çempionatın naməğlub komandası “Məhsul”u hər 2 görüşdə üstələyib – 27:22, 27:26. “Polislər”də fəal oyunçulardan biri, millinin üzvü Röyal Əliyev idi. Mərkəz həndbolçusu, allsport.az saytına, ilk matçın nisbətən rahat keçdiyini söyləyib:

“İlk oyun digəri ilə müqayisədə rahat keçdi. Aramızda rəqabət çox güclü oldu. Hər 2 klub çempionluğa oynadıgından, mübarizə daha çəkişməli keçdi və nəticədə, çox gözəl oyun göstərdik. Axırıncı dəqiqələrdə komandamız əzmkarlıq nümayiş etdirərək qalib gəldi.

2-ci görüş gözlədiyimiz kimi ağır oldu və çox gərgin keçdi. “Məhsul” komandası yenə gözəl oyun ortaya qoydu. Son saniyələrdə güzəştsiz olmağa basladı. Görüşün bitməsinə 4 saniyə qalmış bizdən Orxan Əliyev qələbə topunu vurdu. Çempionluq yolunda irəliləməkdə daevam edirik”.

Həmin kateqoriyadan