Diuretiklər nədir və niyə idmanda qadağandır?

Diuretiklər tibbdə sidikqovucu məqsədilə isitifadə edilən dərmanlar qrupudur.  Allsport.az saytı xəbər verir ki, idmanda isə bu qrupdan olan preparatların yarış və yarışdan kənar müddətdə istifadəsi qadağandır. Belə ki, diuretiklərdən sidikqovucu kimi istifadə edərək, dopinqin izlərini öz bədənində “gizlətmək” niyyətində olan idmançı antidopinq qayda pozuntusu törədir. Buna əlavə olaraq qeyd edək ki, idmanda müəyyən çəki kateqoriyasına uyğunlaşmaq üçün diuretiklərin istifadəsi də antidopinq qayda pozuntusudur. İdmançı bilməlidir ki, bu hallarda ona qarşı sanksiya tətbiq ediləcək.

Hansı preparatlar diuretikdir?

Diuretiklərə misal olaraq Laziks, Furosemid, Edekrin, Fursilak preparatlarını göstərmək olar. Bu preparatların tərkibində olan maddələr Qadağan edilmiş siyahıya əlavə edilmişdir.
Hər bir idmançı hansısa preparatı qəbul etməzdən əvvəl onun tərkibini mütləq şəkildə Qadağan edilmiş siyahıda yoxlamalıdır.

Terapevtik istifadəyə istisna icazəsi və diuretiklər

İdmançı öz xəstəliyi səbəbilə diuretiklərdən istifadə etməlidirsə, öncə terapevtik istifadəyə istisna (Tİİ) icazəsi üçün müraciət edilməlidir.
20 hashtags istifadə etməlidirsə, öncə Tİİ icazəsi üçün müraciət edilməlidir.

Qeyd edək ki, qadağan edilmiş siyahıdakı S3 kateqoriyasına (BETA-2 Aqonistlər) aid bəzi maddələr minimal aşkarlanma həddindən az istifadə edildikdə dopinq hesab edilmirlər. Lakin bu maddələrin hər hansı miqdarda diuretiklərlə birlikdə istifadəsi üçün tibbi zərurət yarandıqda, həm diuretiklər, həm də bu maddələr üçün ayrılıqda Tİİ alınmalıdır.

Qadağan edilmiş siyahını necə əldə etmək olar?

Qadağan edilmiş siyahını Instagram səhifəmizin bio hissəsindəki müvafiq linkdən yükləmək mümkündür.

Həmin kateqoriyadan