Dünya çempionatında iştirak edəcək gimnastlarımızın adları açıqlandı

Noyabrın 16-da Böyük Britaniyanın Birminqem şəhərində batut gimnastikası və tamblinq üzrə 30-cu dünya yaş qrupları dünya çempionatı keçiriləcək.

Allsport.az xəbər verir ki, 4 gün davam edəcək mundialda Azərbaycan millisi də iştirak edəcək.

Yığmamızın şərəfini Nicat Mirzəyev, Hüseyn Abbasov, Əli Niftəliyev, Mehdi Əliyev, İbrahim Mustafazadə, Ammar Baxşaliyev, Ömər Qasımlı, Fərhad Mustafayev, Samirə Hüseynova, Ayan Şabanova (batut gimnastikası), Aleksey Karataşov, Bilal Qurbanov və Hüseyn Əsədullayev (tamblinq) qoruyacaq.

Həmin kateqoriyadan