Dünya kubokunu buraxmalı olacaq

Allsport.az saytı xəbər verir ki, olimliya mükafatçısı və 18-qat dünya çempionu Dina Averina avqustda dünya kuboku mərhələsində çıxış etməyəcək.

“Ən güclü rəqabət avqustda olacaq. Təəssüf ki, orada iştirak etməyəcəyəm. Çünki hələ də sağalıram. Mən uzun müddət məşq etmirəm, dəqiq hazırlaşmağa vaxtım olmayacaq”, – rusiyalı bədii gimnast açıqlama verib.

Averina qeyd edib ki, Rusiya kubokunun növbəti mərhələsində çıxışı üçün hələlik proqnozlar verə bilməz: “Birincisi, bunun nə vaxt və hansı rəqəmlərlə olacağını dəqiq bilmirəm. İkincisi, müalicə olunduğum müddətdə çətin nəsə deyim”.

O, 2019-cu ildə Bakıda keçirilən Avropa çempionatında 3 qızıl və dünya çempionatında 5 qızıl və 1 gümüş medal qazanıb.

Həmin kateqoriyadan