FOTO
Dünya kubokunda 2-ci mərhələ başladı

Bu gün Londonda velosiped idmanının trek növü üzrə dünya kubokunun 2-ci mərhələsinə start verilib. Allsport.az xəbər verir ki, planetin 38 ölkəsindən olan idmançıların mübarizə apardığı yarışda Azərbaycan 3 velosipedçi ilə təmsil olunur.

Təmsilçilərimizdən mübarizəyə ilk olaraq Yelena Pavluxina qoşulacaq. O, bu gün 10 km məsafəyə skretç yarışında çıxış edəcək. Mübarizəyə Bakı vaxtı ilə saat 19:40-da start veriləcək. Pavluxina həmçinin sabah qrup ötüşməsində də çıxış edəcək.

Digər 2 idmançımıza gəlincə, Olqa İsmayılova sabah 200 metr məsafəyə sprint yarışında, dekabrın 7-də isə kehrində mübarizə aparacaq. Sergey Omelçenko isəsabah kehrin yarışında çıxış edəcək. Dünya Kubokuna dekabrın 7-də yekun vurulacaq.

Həmin kateqoriyadan