Dünya kubokundan 4 medalla

Akrobatika gimnastikası üzrə Azərbaycan yığması Dünya kubokunda uğurlu çıxış edib.

Allsport.az xəbər verir ki, millimiz Bolqarıstanın Burqas şəhərində keçirilən turniri 4 medalla başa vurub.

Ağasif Rəhimov və Raziyə Seyidli qarışıq cütlüyü və Zəhra Rəşidova, Anahita Bashiri və Nəzrin Zeyniyeva ibarət üçlük yarışı qızıl medalla başa vurub.

Murad Rəfiyev və Daniel Abbasovdən ibarət cütlük, Riad Səfərov, eləcə də Abdulla Əl-Məşayxi, Seymur Cəfərov və Seyidli Rəsul ibarət kvartet isə Dünya kubokunda 2-ci pilləni tutub.

Həmin kateqoriyadan