Elçin Əsədov: “İlk dəfə belə bir böhranla qarşılaşırıq”

Koronavirus pandemiyası səbəbindən iflic olan sahələrdən biri də idmandır. Bu işlə məşğul olanlar indi ancaq ev şəraitində hazırlıqlarını saxlaya bilirlər. Amma elə növlər var ki, orda təcrübə mütləqdir. Şose velosipedi üzrə millinin öncülü Elçin Əsədov allsport.az saytına açıqlamasında məşqlərə ara vermədiyini deyib:

“Mənə indi Ukraynadayam. Koronavirusa görə bütün dünyada yarışlar təxirə salınıb. Komandada hər şey qaydasındadır. Yaxşıların başlamasını gözələyirik. Ailəm və mən yaxşıyıq. Çalışmaları davam edirəm. Ümumilikdə, fiziki hazırlıq cədvəlinə sadiq qalıram, hər gün işləyirəm. Əvvəlki normal həyata qayıdacağımız günü səbirsizliklə gözləyirəm.

Mövsümün növbəti hissəsi üçün təqvimi planı hazırlanır. Mənə formada olmalıyam və mübarizə başlayırsa, hazır olmalıyam. UCİ yarışların təşkilatçıları ilə birlikdə bu çətin və müstəsna vəziyyətdə mümkün olan hər şeyi etməyə çalışır. İlk dəfə belə bir böhranla qarşılaşırıq. İnanıram ki, yaxın zamanda hər şey yoluna düşəcək!

Gənclər və idman nazirliyinə, milli olimpiya komitəsinə və velosiped idmanı federasiyasına təşəkkür edirəm. Bu çətin dönəmdə hazırlıqlı olmaq üçün mənə hər cür dəstək verdilər. Ümid edirəm ki, biz Tokio-2020 olimpiadasına daha yaxşı hazırlaşacaq və gəl il uğurla çıxış edəcəyik”.

Həmin kateqoriyadan