Fərid Qayıbov Türkiyənin uşaq bayramında iştirak etdi

Gənclər və idman naziri Fərid Qayıbov “Türk dünyası çocukları ile 23 Nisan kutlamaları” proqramının iştirakçıları ilə görüşüb.

Allsport.az xəbər verir ki, görüşdə Antalya gənclik xidmətləri müdiri Məhmət Önlü, Antalya gənclər evlərinin nümayəndələri, gənc liderlər və yeniyetmələr iştirak ediblər.

Nazir Fərid Qayıbov iştirakçıları salamlayıb, bayram münasibətilə təbrik edib və proqramın fəaliyyətinə uğurlar arzulayıb. Daha sonra nümayəndə heyətinin rəhbər və üzvləri görüş və qonaqpərvərliyə görə təşəkkür edib, proqram haqqında məlumat veriblər.

21-25 apreli əhatə edən proqramın əsas məqsədi milli suverenlik və uşaq bayramının qardaş ölkədə qeyd olunması və türk dünyasının gəncləri arasında dostluq əlaqələrinin möhkəmləndirilməsidir.

Həmin kateqoriyadan