- Baxış sayı: 92
- 05 Noyabr 2026 12:51
- Baxış sayı: 414
- Noyabr 09, 2026
- 0
«Bu mövsüm şose növündə çıxış edən velosipedçilərin proqramı çox zəngindir. Onlar Xorvatiyada təlim-məşq toplanışını başa vurmaq üzrədirlər. Milli komandamızı qarşıda bir neçə yarış gözləyir».
Bunu allsport.az saytına açıqlamasında AVİF-in baş katibi Fərhad Əliyev dedi. Mütəxəssis bildirdi ki, son zamanlar trekçilərin uğurları onu çox sevindirir:
«Yığma komandamızın üzvləri Fransada və Portuqaliyada keçirilən beynəlxalq turnirlərdə müvəffəqiyyətlə çıxış ediblər. Özəlliklə, Nicat Niftəliyevin uğurunu qeyd etmək istərdim. Artıq bizim öz məktəbimizdən də idmançılar yetişir».