“Ferrari” start düzülüşündə geridə qalacaq

Allsport.az saytı xəbər verir ki, İtaliya komandasının rəhbəri Frederik Vassyör mövsümün ilk mükafat yarışını barədə öz fikrini bölüşüb. Ona görə, Şarl Leklerı Saudiyyə Ərəbistanı Ciddə yarışında cərimə gözləyir:

”Bəhreyn yarışında bizim müxtəlif problemləriniz aşkar oldu. Bazar günü səhər və yarış vaxtı bolidin çatışmamazlıqları ortaya çıxdı. Yaranan texniki problemlər birbaşa elektron idarəetmə bloku ilə bağlı idi. Şarl Leklerı Saudiyyə Ərəbistanı Ciddə yarışında cərimə gözləyir.

Mövsüm ərzində yalnız iki elektron idarəetmə blokundan istifadə etmə icazəsi var və biz bu limiti keçmişik. Komanda şəklində əlimizdən gələni əsirgəmirik. Təyin olunacaq cərimə bizim xeyrimizə olmasada, bu hələ mövsümün sonu deyil. Cərimə bizi ruhdan salmayacaq. Şarl çox əzimkardır. O, bizimlə bərabər kollektivi gələbəyə həvəsləndirir”.

Həmin kateqoriyadan