Formula-1 reqlamenti dəyişdi

Allsport.az saytı xəbər verir ki, Londonda Formula-1 komissiyasının iclası keçirilib. Çempionatın rəhbəri Stefano Dominikalı yeni mövsümdəki yenilikləri müzakirə edib. İlk növbədə? yağış şinləri və aerodinamik yüngülləşmə müzakirə olunub. ”Pirelli” şirkətinin keçirdiyi uğurlu testlərdən sonra, yeni komplektlər yarışlarda istifadə olunacaq. Bu nümünələrin artıq isinməyə ehtiyacı olmayacaq. İtaliyanın Emiliya-Romanya mərhələsindən yeni şinlər istifadə olunacaq.

Formula-1 komissiyası pilotla komanda arasında olan radio əlaqənin tənzimlənməsinin asanlaşdırılması təklifini təsdiq edib. Üstəlik, sprint yarışı zamanı FİA-nın texniki işçiləri, müfəttişləri üçün işləri asanlaşdırmaq məqsədi ilə komissiya yenilənmiş versiyanı qəbul edib.

İndi komandalara sprint mərhələlərində bolidin zədələnmə ehtimalı yüksək olan hissələrini dəyişdirmək üçün imkan yaradılacaq. Bu qayda yarış avtomobilinin cümə günü sıralanma mərhələsində trasdan çıxdığı andan, yarış başlayana qədər qüvvədə olacaq. Qeyd olunan dəyişikliklər texniki şöbə vasitəsilə idarə olunacaq.

Həmin kateqoriyadan