- Baxış sayı: 56
- 10 Noyabr 2026 23:45
- Baxış sayı: 343
- Noyabr 09, 2026
- 0

Fransa respublikasının ölkəmizdəki səfirliyinin mədəniyyət işləri üzrə attaşesi Pier-Antuan Ferasen milli gimnastika arenasında qonaq olub.
Allsport.az xəbər verir ki, o, fevralın 23-dən 25-nədək Azərbaycanda keçiriləcək batut gimnastikası və tamblinq üzrə dünya kubokunda iştirak edəcək Fransa milli komandasının üzvləri ilə görüşüb.
Ferasen onlara uğurlar arzulayıb və komanda ilə birgə xatirə şəkli çəkdirib.