“Gümüşü oxlar”ın yeni sponsoru

Allsport.az saytı xəbər verir ki, Almaniya komandası texnologiya şirkəti “Qualcom Technologies“ ilə müqavilə imzalayıb. Bu şirkətin “Snapdragon” brendi əvvəllər “Ferrari” ilə əməkdaşlıq edib. İndi isə markanın loqosu yeni V-14 bolidinin şinlərində ,arxa qanadında nümayiş olunub.

Keçmişdə “gümüşü oxlar“ ilə “Qualcom Technologies“ arasında iş birıiyi olub. Onlar ekstremal yarış şəraitində məlumatın boliddən komandanın serverlərinə necə sürətli ötürülməsini həyata keçirmək üçün bir neçə layihələr sınaqdan keçirib.

Həmin kateqoriyadan