- Baxış sayı: 47
- 25 Sentyabr 2026 23:22
- Baxış sayı: 84
- Sentyabr 25, 2026
- 0

Bu gün “Sərhədçi” olimpiya-idman mərkəzində Azərbaycan basketbol liqasında 15-ci turdan təxirə salınmış oyunda “Gəncə” və “Olimpik” klubları qarşılaşıblar.
Allsport.az saytı xəbər verir ki, oyuna Şəki komandası fəal başlasa da, sonradan təşəbbüs “sarı-göylər”in tərəfinə keçib və Rizvan Səfərovun basketbolçuları 89:76 qalib gəliblər.
“Gəncə”də ən məhsuldar Amil Həmzəyev (21 xal, 12 götürmə), “Olimpik”də Larri Robinson (22 xal, 8 ribaund) olublar.