Gimnastika hamı üçün kollokviumu

Martın 20-22-də Braziliyanın Arakaju şəhərində beynəlxalq gimnastika federasiyasının (FIG) təşkilatçılığı ilə gimnastika hamı üçün növü üzrə kollokvium keçirilib.

Allsport.az xəbər verir ki, tədbirdə ölkəmizi Azərbaycan milli komandasının baş məşqçisi, Avropa gimnastikasının gimnastika hamı üçün növü üzrə Texniki Komitəsinin üzvü, Ruslan Eyvazov təmsil edib.

Tədbirdə Ruslan Eyvazovun gimnastika hamı üçün növünün Azərbaycanda inkişaf tarixi barədə təqdimatı nümayiş olunub.

Kollokviumda həmçinin bu növün gələcək inkişafı və təcrübə mübadiləsi perspektivləri müzakirə olunub, qarşıda keçiriləcək tədbirlər barədə məlumat verilib, praktiki məşğələlər təşkil edilib.

Həmin kateqoriyadan