Gimnastika komandamız Almaniyada gümüş medal qazandı

Azərbaycanın gənclərdən ibarət gimnastika komandası Almaniyanın Fellbax-Şmiden şəhərində keçirilən bədii gimnastika üzrə beynəlxalq turnirdə gümüş medal qazanıb.

Allsport.az xəbər verir ki, komandamız bu medalı qrup hərəkətləri üzrə əldə edib. Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan SadıqovaZəhra Cəfərovanın yer aldığı kollektiv 2-ci yeri tutub.

Yarışa martın 6-da yekun vurulacaq.

Həmin kateqoriyadan