Gimnastımız dünya çempionu oldu

Azərbaycan batut gimnastikası və tamblinq üzrə dünya çempionatında yeni tarix yazıb.

Allsport.az xəbər verir ki, milli üzvü Mixail Malkin tamblinq növünün fərdi yarışlarında qızıl medal qazanıb.

O, tarixi uğura Böyük Britaniyanın Birmingem şəhərində keçirilən mundialda imza atıb. Malkin bu növdə dünya çempionu olan ilk Azərbaycan idmançısı adına da yiyələnib. Gimnastımız hakimlər tərəfindən 31,100 xalla qiymətləndirilib.

Digər idmançımız Tofiq Əliyev isə finalı 24,700 balla 4-cü yerdə bitirib.

Həmin kateqoriyadan