Gimnastlarımız 9 medal

Bədii gimnastika üzrə Azərbaycan milli komandası Lüksemburqda keçirilən beynəlxalq yarışda uğurla çıxış edib.

Allsport.az xəbər verir ki, “LUXGR Cup 2024” turnirində gimnastlarımız 9 medal qazanıblar.

Böyüklər arasında Kamilla Seyidzadə 2 qızıl (çoxnövçülük, gürzlər), 2 gümüş (halqa, lent) və 1 bürünc (top) medala layiq görülüb.

Gənclər arasında isə Nəzrin Abdullayeva (halqa), Sofiya Məmmədova (lent), Dəniz Abdullazadə (gürzlər) gümüş, Fidan Qurbanlı isə bürünc (çoxnövçülük) medal əldə ediblər.

Həmin kateqoriyadan