Gimnastlarımız Almaniyadan daha 2 gümüş medal gətirir

Azərbaycanın gənclərdən ibarət gimnastika komandası Almaniyanın Fellbax-Şmiden şəhərində keçirilən bədii gimnastika üzrə beynəlxalq turnirdə daha 2 gümüş medala layiq görülüb.

Allsport.az xəbər verir ki, Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova, Zəhra Cəfərovanın yer aldığı qrup hərəkətləri komandası 5 top və 5 iplə hərəkətlərin icrasına görə ikinci olub.

Onlar dünən də gümüş medal qazanmışdılar.

Həmin kateqoriyadan