Gimnastlarımız Milana yollandı

Bədii gimnastika üzrə Azərbaycan milli komandasının təlim-məşq toplanışı olacaq.

Allsport.az xəbər verir ki, yığmamız İtaliyanın Milan şəhərində hazırlıq keçəcək. Komandamız artıq təlim-məşq toplanışı üçün Appenin yarımadasına yola düşüb.

Hazırlıq prosesi AGF-nin idman direktoru Natalya Bulanova, bədii gimnastika üzrə milli komandamızın məşqçiləri Siyana Vasileva və Yevgeniya Vilyayevanın rəhbərliyi altında keçiriləcək. İtaliyadakı hazırlıqda fərdi yarışlarda iştirak edəcək Mədinə Dəmirova, Alina Məmmədova, Leyli Ağazadə, həmçinin böyüklərdən ibarət qrup hərəkətləri komandasının üzvləri Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokina iştirak edəcək.

Həmin kateqoriyadan