Gimnastlarımız qran-pridə iştirak edəcəklər

Fransanın Tiye şəhərində 35-ci beynəlxalq qran-pri keçiriləcək. Allsport.az xəbər verir ki, Azərbaycan gimnastika federasiyasının idman direktoru Natalya Bulanova, bədii gimnastika üzrə millinin baş məşqçisi Siyana Vasilevanın rəhbərliyi altında qrup hərəkətləri üzrə komandamızın üzvləri Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Dərya, Sorokina, Ləman Əlimuradova, Zeynəb Hümmətova, həmçinin fərdi gimnast İlona Zeynalova qatılacaqlar.

Mükafat yarışında milli komandanın xoreoqrafı Akif Kərimli, məşqçi Nigar Musazadə, beynəlxalq dərəcəli hakimlər Yevgeniya Vilyayeva və Nigar Abdusalimova da ölkəmizi təmsil edəcəklər.

Həmin kateqoriyadan