Gimnastlarımızdan 9 qızıl, 8 gümüş və 5 bürünc medal

Gürcüstanın paytaxtı Tiflisdə “Keti cup” beynəlxalq turniri keçirilib.

Allsport.az xəbər verir ki, yarışda ölkəmizi “Ocaq Sport” klubunun bədii gimnastları təmsil ediblər.

Onlar yarışdan vətənə 9 qızıl, 8 gümüş və 5 bürünc medalla dönüblər.

Gimnastlarımızın nəticələri aşağıdakı kimidir:
Maya Kozaçuk – 2 qızıl (gürzlər,top), 1 gümüş (çoxnövçülük)
Selin Yusifova – 2 qızıl (çoxnövçülük, alətsiz), 1 gümüş (top)
Sara Cəlilli – 1 qızıl (çoxnövçülük), 1 gümüş (alətisz), 1 bürünc (top)
Nilüfər Qasımova – 1 qızıl (alətsiz), 1 gümüş (çoxnövçülük)
Suada İskakova – 1 qızıl (gürzlər), 1 bürünc (alətsiz)
Röya Alıkişiyeva – 1 qızıl (halqa), 1 bürünc (gürzlər)
Alsu Abdullayeva – 1 qızıl (alətsiz)
Ahu Aslanova – 1 gümüş (alətsiz)
Fərəh Həsənova -1 gümüş (alətsiz)
İnara Abıyeva – 1 gümüş (top)
Beril Yalın – 1 gümüş (top)
Leyla Azaqova – 1 bürünc (çoxnövçülük)
Ayla Abbaszadə – 1 bürünc (gürzlər)

Həmin kateqoriyadan