Gimnastlarımızdan gümüş medal

Azərbaycan gimnastları Rumıniyanın Ployeşti şəhərində keçirilən 23-cü “Irina Deleanu Cup” beynəlxalq turnirində uğurlu çıxış ediblər.

Allsport.az xəbər verir ki, bədii gimnastika üzrə gənclərdən ibarət yığmamızın üzvləri Nəzrin Abdullayeva, Ayan Sadıqova və Sofiya Məmmədova komanda hesabında gümüş medal qazanıblar.

Dünən start götürən yarışda böyüklər arasında İlona Zeynalova, Mədinə Dəmirova ölkəmizi təmsil edəcək.

Qeyd edək ki, beynəlxalq turnirə sabah yekun vurulacaq.

Həmin kateqoriyadan