GİN-in himayə etdiyi idmançılar vətəndaşa zor tətbiq etdilər, onlara qarşı həbs qətimkan tədbiri seçildi

Azərbaycan MMA və qrapplinq federasiyasının qarışıq döyüş növləri üzrə baş məşqçisi və tələbələri paytaxtın bulvar ərazisində törədikləri xuliqanlıq hərəkətlərinə görə polis əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb ediliblər.

Allsport.az saytı APA-ya istinadən xəbər verir ki, fakta görə Bakı şəhər baş polis idarəsində cinayət işi üzrə 4 nəfər həbs olunub, 2 nəfər barəsində digər qətimkan tədbirləri seçilib. Saxlanılan şəxslərdən Tofiq MusayevMehman Məmmədovdan başqa, digərləri barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda xuliqanlıq maddəsi ilə qaldırılan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir. Fedarasiyanın baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri Tofiq Musayev, Vüqar Kərəmov, Mehman Məmmədov, Rüfət ƏsədovXəzər Rüstəmov münaqişə vəziyyəti yaradaraq ictimai yerdə bir vətəndaşa zor tətbiq edərək ona qarşı xuliqanlıq hərəkətləri törətməkdə ittiham olunurlar.

Xatırladaq ki, ötən ilin noyabrında paytaxtda gənclər və idman nazirliyinin maliyyə dəstəyi və Rizin döyüş federasiyasının təşkilatçılığı ilə döyüş gecəsi keçirilmiş, ilk 3 adı çəkilən idmançı bu yarışda iştirak etmişdir.

Həmin kateqoriyadan