Güllə və stend atıcılığı üzrə Azərbaycan çempionatı başa çatıb


Bakı atıcılıq mərkəzində 4-8 oktyabr tarixlərində güllə və stend atıcılığı üzrə Azərbaycan çempionatı keçirilib.
Allsport.az xəbər verir ki, ölkənin müxtəlif regionlarından olan və fərqli idman klublarını təmsil edən 100-dən çox idmançı hər iki növ üzrə fərdi və qarışıq komanda yarışlarında mübarizə aparıblar.
Gərgin mübarizə şəraitində keçən final yarışlarından sonra çempionatda qalib gələn idmançılar medal və diplomlarla təltif olunublar.
Mükafatlandırma mərasimindən sonra ən yüksək nəticələrə görə medalların sayı nəzərə alınmaqla idmançılara, hakimlərə və çempionatın uğurla keçirilməsi prosesində iştirak etmiş digər mütəxəssislərə pul mükafatı təqdim edilib.

Həmin kateqoriyadan