“Həbib MMA-dan ayrılanda, kiçik bir hissəm onunla birlikdə getdi”

Allsport.az saytı xəbər verir ki, UFC döyüşçüsü Toni Ferqüson, Həbib Nurməhəmmədova qarşı keçirdiyi uğursuz döyüşdən danışıb. Sitat:

“Həbib MMA-dan ayrılanda, kiçik bir hissəm onunla birlikdə getdi. Döyüşümüz həmişə diqqəti cəlb etdiyinə və ajiotaj yaradacağına görə pis oldu. Sonra bu mübarizə radardan itdi, pandemiya baş verdi, komandam dəyişdi.

Bu illər ərzində çox şey olub. Bir anda mənə heç nə qalmadı. Amma öz-özümə dedim ki, döyüşmək istəyirəm. Qərara gəldim ki, döyüşməyə davam edəcəyəm və sonra bəlkə Həbib geri qayıtmaq istəyəcək”.

Onlar bir neçə dəfə bu döyüşçülər arasında dava təşkil etməyə çalışsalar da, hər dəfə bu pozulub. Nəticədə rusiyalı çempion Ferqüsonla heç vaxt döyüşmədən karyerasını başa vurub.

Həmin kateqoriyadan