Leyla Qəmbərova ölkəmizi okeanın o tayında layiqincə təmsil edir

Leyla Qəmbərova – Azərbaycanın əməkdar məşqçisidir. Amma o, hazırda “Toronto Aspirals” komandasının baş çalışdırıcısıdır.

Allsport.az saytı xəbər verir ki, bu ilin fevralında Vankuverdə keçirilən elita Kanada yarışında onun tələbələri çoxnövçülük üzrə qrup hərəkətlərində çempion olub, finalda bu titulu təsdiqləyib və daha bir qızıl medal qazanıb.

Onun yetirməsi, bədii gimnast Mariya Meçkova ilk 15-liyə daxil olaraq, Kanada çempionatına vəsiqə qazanıb.

Həmyerlimizin həyat yoldaşı Elnur Qəmbərov ölkə futzalında tanınmışdır. Onun rəhbərlik etdiyi “Xəzər adaları” klubu 2014-2015-ci illər mövsümündə Azərbaycan yüksək liqasının qalibi olub.

Həmin kateqoriyadan