Həndbol federasiyası bölgə məşqçi-müəllimləri üçün seminar keçirib

Azərbaycan həndbol federasiyası tərəfindən bölgələrdə fəaliyyət göstərən məşqçilər üçün ikigünlük seminar keçirilib. Allsport.az saytı xəbər verir ki, “AHF arena”da təşkil olunan seminarda ölkənin müxtəlif rayonlarından gələn məşqçi-müəllimlər iştirak ediblər.

AHF-in idman şöbəsinin rəhbəri İsgəndər Əsgərov çıxış edərək, federasiyanın gənclər və idman nazirliyi ilə birgə iş planı barədə məlumat verib, yarış təqviminin tərtib olunduğunu diqqətə çatdırıb. Lazım olan invertar, vəsait barədə müzakirələr aparıldıqdan sonra qarşıda duran hədəflərdən danışılıb.

Həmçinin məşqçilərə hazırlığın gedişatının federasiyaya təqdim etmələri tapşırılıb, 2008-2010-cu il təvəllüdlü oğlanlar arasında zona yarışının martın 23-də Lənkəran olimpiya idman kompleksində keçiriləcəyi bildirilib.

Seminar zamanı tədbir iştirakçıları üçün toplar və sertifikatlar təqdim olunub. Yeni təmir olunan “AHF arena” ilə tanışlıqdan sonra 29-cu Azərbaycan çempionatının oyunları izlənilib. Sonda həndbol məşqçiləri tədbirin təşkilinə görə AHF-yə təşəkkürünü bildirib və belə toplantıların davamlı olmasını arzulayıblar.

Həmin kateqoriyadan