Hansı küçələrdə yollar açılacaq?

Bu il Formula -1 Azərbaycan qran prisi çərçivəsində yarış həftəsi ərzində trekin əhatə etdiyi bəzi yollar əhalinin istifadəsi üçün açılacaq!

Allsport.az saytı xəbər verir ki, yarış zolağının Neftçilər prospektinin Azneft dairəsindən Dəniz Vağzalına qədər olan hissəsi və İstiqlaliyyət küçəsinin Şeyx Şamil küçəsindən Azərbaycan prospektinə qədər olan hissəsi bazar ertəsi 24 aprel tarixindən şənbə günü 29 aprel tarixinədək müəyyən saatlarda nəqliyyatın hərəkətinə açıq olacaq.

24-26 aprel tarixlərində səhər saatlarında 07:00-dan 09:00-dək, axşam saatlarında isə 18:00-dan 20:00-dək sözügedən yollarda (Neftçilər prospektinin Azneft dairəsindən Dəniz Vağzalına qədər olan hissəsi və İstiqlalliyət küçəsinin Şeyx Şamil küçəsindən Azərbaycan prospektinə qədər olan hissəsi) nəqliyyatın hərəkəti dayanma və durma olmadan sərbəst olacaq.

Qeyd olunan yollar yalnız tranzit korridoru kimi istifadə ediləcək. Maşınların burada dayanması və ya parkinqi təhlükəsizlik baxımından qadağandır.

Həmin kateqoriyadan