Helmut Marko: “Mersedes” bu il çempion olmayacaq

Allsport.az saytı xəbər verir ki, yeni mövsümün 23 qran prisindən yalnız biri arxada qalıb. “Red Bull” komandasının məsləhətçisi Helmut Marko artıq “Mersedes”komandasının bu il titul qazana bilməyəcəyindən əmindir:

““Mersedes”in bir yox, bir neçə problemi var. Təəccüblüdür ki, qış testlərində heç bir həllini tapa bilmədilər. Büdcə məhdudiyyətinə görə, komandaların hazırda məhdud seçimləri var. İndi siz əvvəlki kimi 2-ci və ya 3-cü bolidi inkişaf etdirə və tezdən qura bilməzsiniz.

Hazırda tamamilə yeni bir maşın hazırlamaq üçün vəsait tapsanız da, sonradan maliyyə məhdudiyyətlərinə görə ciddi çətinliklər başlayacaq. Düşünürəm ki, “Mersedes”in bu il titul qazanmayacağını indidən deyə bilərik”.

Həmin kateqoriyadan