“İdman Akademiyası” və “Təhsil” əvəz oyununda da qalib gəliblər

“AHF arena”da həndbol üzrə ölkə çempionatının yüksək dəstəsində 12-ci turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, ötən şənbə qalib gələn iddialı komandalar növbəti gündə də seviniblər (yarış cədvəli ön səhifədə):

RİOEUGİM – U-16 24:19 (8:8)
“Dinamo” – “İdman Akademiyası” 31:32 (14:16)
“Bakı” – “Təhsil” 25:34 (9:18)

Yeni reqlamentə əsasən, qələbəyə görə 3 xal verilir. Matç heç-heçə bitərsə, dərhal 7-metrlik cərimə zərbələri təyin olunur. Qalibə 2 xal, yenilənə 1 xal verilir.

Həmin kateqoriyadan