“İdman Akademiyası” və “Təhsil” xal itirmədi

Həftəsonu “AHF arena”da həndbol üzrə kişilərin ölkə çempionatının yüksək dəstəsində 13-cü və 14-cü turların görüşləri baş tutub. Allsport.az saytı xəbər verir ki, qızıl medallara iddialılardan “İdman Akademiyası” son ölkə çempionu “Bakı”nı hər 2 matçda büdrədib.

13-cü tur
RİOEUGİM – “Təhsil” 29:55 (7:29)
“Bakı” – “İdman Akademiyası” 31:36 (17:23)

14-cü tur
“Təhsil” – RİOEUGİM 58:31 (30:18)
“İdman Akademiyası” – “Bakı” 39:25 (21:14)

Yeni reqlamentə əsasən, qələbəyə görə 3 xal verilir. Matç heç-heçə bitərsə, dərhal 7-metrlik cərimə zərbələri təyin olunur. Qalibə 2 xal, yenilənə 1 xal verilir.

Həmin kateqoriyadan