“İdman gimnastikadan başlayır”

5 mart – bədən tərbiyəsi və idman gününə həsr edilmiş “İdman gimnastikadan başlayır” adlı mədəni-kütləvi tədbir keçirilib.

Allsport.az xəbər verir ki, tədbir zamanı müxtəlif gimnastika növlərindən ibarət nümunəvi çıxışlar olub.

Gənc gimnastlar idman gimnastikası, akrobatika gimnastikası və bədii gimnastika növləri üzrə öz məharətlərini nümayiş etdirib, gənc idmançılarla bərabər veteran gimnastların çıxışları da xüsusi marağa səbəb olub.

Tədbir musiqili şou proqram əsasında davam edib. Tədbirin sonunda iştirakçılar Bakı şəhər Gənclər və İdman idarəsi tərəfindən təşəkkürnamə ilə təltif olunub.

Həmin kateqoriyadan