İdmançılar məsləhətçi komissiyasının təsis edilməsindən 1 il ötür

Ötən il İdmançılar məsləhətçi komissiyası və AMADA arasında əlaqələndirici funksiyasını uğurla yerinə yetirib. 9 aprel Dünya təmiz idman günündə (Play True Day) üzvlər təmiz və ədalətli idmana həsr olunmuş videoda iştirak etməklə geniş idman ictimaiyyətinə və cəmiyyətə idmanda dürüstlük prinsipini nümayiş ediriblər.

Allsport.az saytı xəbər verir ki, 2020-ci il avqustun 12-də İdmançılar məsləhətçi komissiyasında seçkidə sədr və müavini müəyyənləşib. Komissiya öz fəaliyyətində gender bərabərliyi və təmsilçilik prinsiplərini əsas götürür və tərkibi rotasiya qaydalarına görə dəyişir.

Komissiya, 2021-ci ildə qüvvəyə minmiş Ümumdünya antidopinq məcəlləsində yer alan müddəaların, prinsiplərin və qaydaların idmançı ictimaiyyəti arasında daha effektiv təşviqinə xüsusi diqqət ayıracaq. İdmançılar məsləhətçi komissiyasının bu ildə də AMADA-nın təmiz idmanın təşviqi fəaliyyətinə öz dəyərli töhfəsini verəcəyindən əminik var.

Həmin kateqoriyadan