İdmançımız və məşqçimizdən uğur

Azərbaycan idmançısı Mikayil Malkin Avropada “İlin gimnastı” seçilib.

Allsport.az xəbər verir ki, tamblinq üzrə ikiqat dünya çempionu Avropa gimnastikasının 5 fərqli nominasiyada keçirdiyi səsvermənin qalibi olub.

Təmsilçimiz 52 faiz səslə bütün rəqiblərini qabaqlayıb. Portuqaliyalı batut gimnastı Qabriel Albukerke ondan 7 faiz geri qalıb.

“İlin məşqçisi” nominasiyasında da tamblinq üzrə Azərbaycan yığmamızın çalışdırıcısı qalib olub. Adil Hüseynzadə səslərin 46 faizini toplayıb.

Həmin kateqoriyadan