İkinci oyunda yenilgi

Bakı idman sarayında kişi həndbolçuların 2026-cı il Avropa çempionatının ilkin təsnifatı davam edir. Allsport.az saytı xəbər verir ki, bu gün 2-ci turun ilk oyununda Kipr və Malta komandaları üz-üz gəliblər. İlk turda Böyük Britaniya seçməsi ilə oyundan heç-heçə ilə ayrılan adalılar, növbəti görüşdə 47:26 qalib gəliblər.

Günün ikinci oyununda Azərbaycan və Böyük Britaniya qarşılaşıblar. Turnirə Malta seçməsi üzərində qələbə ilə başlayan komandamız bu görüşdə də etimadı doğrultmaq əzmində idi. Gərgin mübarizə ilə yadda qalan oyunun ilk hissəsi britaniyalıların 16:8 hesablı üstünlüyü ilə başa çatdı. Fasilədən sonra vəziyyəti dəyişməyə çalışan həndbolçularımız yüksək əzmkarlıq göstərsələr də, rəqib yekun nəticəni müəyyənləşdirdi – 39:22.

Gənclər və idman naziri Fərid Qayıbov və AHF-nin vitse-prezidenti Orxan Abbasov tərəfindən görüşün ən yaxşı oyunçularına xüsusi mükafatlar təqdim olundu. Turnirə sabah yekun vurulacaq. Saat 12:45-də Böyük Britaniya – Malta görüşü başlanacaq. Saat 15:00-da isə Kipr və Azərbaycan komandaları meydançaya çıxacaqlar.

Həmin kateqoriyadan