“İlk oyunumuz zəif alındı”

“AHF arena”da kişi həndbolçiların yüksək dəstəsinin 11-ci və 12-ci turlarında “Təhsil” klubu son ölkə çempionu “Bakı”nı hər 2 matçda üstələdi (26:24, 34:25). Görüşdən sonra qalib komandanın 2-ci məşqçisi Cavid İmanov allsport.az saytına bunu dedi:

“Millinin Avropa çempionatı-2026-nın ilkin təsnifat oyunları ilə bağlı xeyli müddət bir araya gələ bilməmişdik. Qısa zamanda tam heyəti toparlayıb, çempionatda mübarizəyə qoşulduq. İlk oyunumuz zəif alındı.

Hesabda daha yaxşı fərq göstərməliydik. Arxayınçılıq da buna imkan vermədi. Növbəti qarşılaşmada səhvlərdən nəticə çıxarıb daha yaxşı çıxış etdik. Bütün rəqibləri dəyərləndirməli, sonadək çübarizə aparmaq lazımdır”. 

Həmin kateqoriyadan