İtaliya çempionatı tərk edir?

Allsport.az saytı xəbər verir ki, çempionatın İtaliya ərazisində keçirdiyi 2 yarış var: Monza və İmola. Bu ölkənin avtoidman klubunun rəhbəri Anjelo Stikki Damiani hər 2 mərhələnin təqvimdə qalacağına inanmır:

”Biz Formula-1 yarışları ilə ayaqlaşmalıyıq. Bunun üçün daim inkişafda olmaq vacibdir. Keçən il təşkilatçılığa 44 milyon dollar yatırım etmişdik. Bu məbləğin müəyyən hissəsi yarışları keçirməyə sərf olunub. Hazırda bizim büdcə problemimiz var. Küllü miqdarda yatırım edə bilməyəcəyik. Biz hər 2 yarışı 2025-ci ilə qədər uzatmışıq.

Ciddi niyyətimizi Stefano Domenikaliyə nümayiş etməliyik. Çempionatda iştirak etmək üçün bütün dünyadan bir çox təkliflər gəlir və bizim üçün danışıqları davam etmək asand olmayacaq”.

Həmin kateqoriyadan