İtaliyadakı yarış baş tutmayıb

Allsport.az xəbər verir ki, İtaliyanın İmola şəhərində keçirilməli olan Formula-1 qran prisinin mərhələsi sel səbəbindən ləğv edilib.

“Baş verən son hadisələrdən zərər çəkən insanlara dəstəyimizi bildiririk. Biz həmçinin xilasetmə xidmətlərinin fəaliyyətinə də təşəkkür edirik. Onlar buna ehtiyacı olanlara kömək etmək üçün əllərindən gələni edirlər.

Formula-1, FİA prezidenti, müvafiq nazirliklərin səlahiyyətli nümayəndələri, İtaliyanın avtomobil klubunun prezidenti, Emiliya Romaqna regionunun prezidenti, şəhərin meri və şirkət arasında müzakirələrdən sonra bu həftəsonu qran pri”ni İmolada keçirməmə qərarını alınıb.

Bu qərar ona görə qəbul edildi ki, belə şəraitdə tədbirin təhlükəsiz keçirilməsi qeyri-mümkündür. Bölgənin şəhər və qəsəbələrinin düşdüyü vəziyyəti nəzərə alaraq, bu, düzgün və məsuliyyətli qərardır. Bu çətin dövrdə yerli hakimiyyət orqanlarına və təcili yardım xidmətlərinə əlavə təzyiq göstərmək düzgün olmazdı”, – deyə Formula-1-in bəyanatında bildirilir.

Həmin kateqoriyadan