- Baxış sayı: 77
- 13 Aprel 2024 14:14
- Baxış sayı: 44
- Aprel 23, 2024
- 0
Monrealda hava şəraiti tez-tez dəyişir və bəzən əvvəlcədən proqnozlaşdırılmamış vəziyyət yaranır. Allsport.az saytı xəbər verir ki, bu, dəfələrlə Kanada qran-prisinin taleyini müəyyən edən əsas amillərdən biri olub. Həftəsonuna da dəyişkən hava vəd edilir.
F-1.az trasın rəsmi saytına istinadən bildirir ki, cümə günü hava buludlu olacaq və yağış yağma ehtimalı 60%-dir. Temperatur +23 dərəcəyə çatacaq. Şənbə günü səmada daha az bulud olacaq, lakin termometrlər +22 dərəcədən yuxarını göstərməyəcəklər. Yağış gözlənilmir, amma gecə və ya bazar günü səhər yağması mümkündür.
Bazar günü külək güclənəcək, hava +26 dərəcəyə qədər qızacaq. Yarışın baş tutacağı saatlara yağış proqnozlaşdırılmır. Belə ki, yarış quru və ya qurumaqda olan trasda keçiriləcək.