Konya-2021-ə onlarla

9-18-də Türkiyənin Konya şəhərində 5-ci İslam həmrəyliyi oyunlarında mübarizə aparacaq ağırlıqqaldırma millisinin heyəti bilinib. Allsport.az saytı xəbər verir ki, baş məşqçi Emil Əliyev, məşqçilər Asif Məmmədov və Sərdar Həsənovun rəhbərliyi ilə körpücük üzərinə 3 qadın və 7 kişi idmançımız çıxacaq.

Bunlar Nazilə İsmayılova (45 kq), Elnarə Abbasova (71 kq), Anastasiya Moum (76 kq); Tehran Məmmədov (61 kq), İsa Rüstəmov (67 kq), Paşa İbrahimli (73 kq), Füqan Əliyev (81 kq), Kamran İsmayılov (89 kq), Dadaş Dadaşbəyli (102 kq) və Əli Şükürlüdür (109 kq).

Konya-2021-də bu növdə rəqabət ayın 11-15-də keçiriləcək.

Həmin kateqoriyadan