Krakovda 6 medal

Azərbaycan gimnastları Polşanın Krakov şəhərində keçirilən beynəlxalq turnirə uğurlu start veriblər.

Allsport.az xəbər verir ki, yığmamız batut gimnastikası və tamblinq üzrə keçirilən 11-ci Vavel yarışında 6 medal qazanıb.

Tamblinq yarışında gimnastlarıız bir dəst medal qazanıblar. Adil Hacızadə qızıl, Mixail Malkin gümüş, Bilal Qurbanov isə bürünc medala yiyələnib.

Fərhad Vəliyev (batut gimnastikası) və Aleksey Karataşov (tamblinq) qızıl, Xətai Hümbətov isə gümüş medal qazanıblar.

Həmin kateqoriyadan