Ləndo Norris “Maklaren”dən ayrılacaq?

Allsport.az saytı xəbər verir ki, onun Britaniya komandası ilə müqaviləsi 2025-ci ilin sonunda başa çatacaq. Sabiq Formula-1 sürücüsü Karun Çandhok, “Maklaren”in nəticələri müsbətə doğru dəyişməsə, Ləndo Norris anlaşmanı vaxtından əvvəl pozmaq barədə düşünəcəyini deyib:

““Maklaren”in nəticələrini nəzərə alsaq, Lando Norris mütləq daha üstün olan “Ferrari” və ya “Red Bul”a keçmək barədə düşünəcək. Maraqlıdır, onun menecerləri müqavilədə vaxtından əvvəl xitam verilməsi imkanını nəzərdə tutublar?

Məsələn, komandanın iki il ardıcıl olaraq mövsümü ilk dördlükdə başa vurmasa, Ləndonun daha yaxşı variantları axtarmaq imkanı olacaqmı? Üç aparıcı komandanın pilotlarını vurğulamasaq, digərlərinin sırasında ən yaxşılar Fernando Alonso və Ləndo Norrisdir. Bolidin sürətinin yalnız təsnifat mərhələsində mübarizə aparmağa imkan verməsi Ləndonu narahat etməlidir”.

Həmin kateqoriyadan