Son anda Çinə aparıldı və orada 4 medal qazandı

“Heavenly Grace” üçüncü beynəlxalq turniri başa çatıb.

Allsport.az xəbər verir ki, Alina Kabayeva bu dəfə müsabiqəni Pekində keçirmək qərarına gəlib. 2008-ci ildə bu arenada bədii gimnastika üzrə olimpiya medalları uğrunda mübarizə gedib. Yarışın sonuncu günü fərdi yarışlarda finallar və qala-konsert baş tutub.

Turnirin qalibi adını Alina Qornosko qazanıb. Belaruslu özü də məşqdə uğursuz olduğu üçün qələbəsinə inanmırdı. 2-ci yerdə Özbəkistanı təmsil edən Natalya Yusova qərarlaşıb. Bu turnir onun üçün çox uğurlu olub. O demək olar ki, bütün məşqləri təmiz yerinə yetirə bildi. Bürünc medala isə Mariya Borisova yiyələnib.

Lalə Kramarenko isə yarışı 4-cü yerdə başa vurub. Buna səbəb onun məşq zamanı dönmələrdə səhv etməsi və atışları dəqiq yerinə yetirə bilməməsi olub.

Həmin kateqoriyadan