Lalənin Rusiya ilə dünya fəthi davam edir! Kramarenkonu Azərbaycanda niyə sıxdılar?

Rusiyanın Yekaterinburq şəhərində bədii gimnastika üzrə bu mövsümün yekun turnirlərindən biri keçirilir. Ölkənin ən yaxşı qadın idmançıları Rusiya kubokunda FIG qaydalarına uyğun olaraq mübarizə aparırlar.

Allsport.az xəbər verir ki, turnirin əsl ulduzu Lalə Kramarenko olub. O, 4 finalın hamısında inamla qalib gəlib. Hazırda həmvətənimizin çox çətin bir cədvəli var: Taylanddan yenicə qayıdıb və bundan sonra Çində bir yarışda iştirak etməyi planlaşdırır. Qaydaların hər yerdə fərqli olmasına baxmayaraq, Lalə məşqlərini mükəmməl, problemsiz və çətinlik çəkmədən keçir.

O, sovetlər “Neftçi”sində məşhur azərbaycanlı qapıçı Sergey Kramarenkonun nəvəsi, millimizin qolkiperi və məşqşisi olmuş Dmitri Kramarenkonun qızıdır. Lalə ölkəmizdə də çıxış edib, amma burada sıxışdırdığından, Rusiyaya üz tutub.

Həmin kateqoriyadan