Lüis Həmilton Portuqaliya qran-prisini də qazandı!

Bu gün Portuqaliyanın Portimau trasında Formula1 dünya çempionatının 12-ci mərhələsi bitib. Allsport.az saytı xəbər verir ki, 66 dairənin yekununda yenə Lüis Həmilton 1-ci olub.  

“Mersedes”in pilotu qələbəyə 1:29:56.828 saniyə vaxt sərf edib. Britaniyalı sürücü bununla da karyerasında 92-ci qələbəsini qazanaraq, 7-qat dünya çempionu Mixael Şumaxerin rekordunu qırıb.

Onun komanda yodaşı Valtteri Bottas finişə 2-ci çatıb. “Red Bull Xonda”dan Maks Ferstappen ilk üçlüyü qapayıb.

Növbəti ötüşmə 1 həftə sonra İtaliyanın Emiliya-Romanya şəhərinin İmola trasında olacaq.

Həmin kateqoriyadan