- Baxış sayı: 47
- 25 Sentyabr 2026 23:22
- Baxış sayı: 84
- Sentyabr 25, 2026
- 0

Həftəsonu “AHF arena”da kişi həndbolçuların yüksək dəstəsində 14-cü və 16-cı turların oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, mərkəzi görüşlərdə “Məhsul” və “Bakı” klubları qarşılaşıblar. Mübarizəni izləyənlər arasında həndbol federasiyanın prezidenti Saleh Məmmədov ilə gənclər və idman naziri Fərid Qayıbov da olublar.
14-cü tur
RİOEUGİM – “İdman Akademiyası” 26:41 (9:25)
“Bakı” – “Məhsul” 26:34 (10:16)
16-cü tur
“Təhsil” – U-16 43:12 (20:5)
“İdman Akademiyası” – RİOEUGİM 38:29 (26:12)
“Məhsul” – “Bakı” 30:26 (15:15)
Yeni reqlamentə əsasən, qələbəyə görə 3 xal verilir. Matç heç-heçə bitərsə, dərhal 7-metrlik cərimə zərbələri təyin olunur. Qalibə 2 xal, yenilənə 1 xal verilir.
