“Məni olduqca nalayiq şəkildə təhqir etməyə başladı”

UFC-dəki çıxışları ilə də tanınan və Gürcüstan əsilli döyüşçü qız Liana Cojua bir dəfə küçədə onu təhqir edən kişini necə döydüyünü danışıb.

Allsport.az xəbər verir ki, bu barədə o, yerli mətbuata açıqlama verib:

“Bu hadisəni tez-tez müsahibələrdə deyirəm, amma yenə də danışacam. Bir dəfə avtobusda idim və bir nəfər avtobusdakı yerimlə bağlı məni incitdi. Nəticədə o, məni olduqca nalayiq şəkildə təhqir etməyə başladı. Onda mən hələ çox gənc idim və buna sadəcə susaraq reaksiya verirdim, hətta ağlayırdım. Onda mənim 20 yaşım var idi. Sonra dayanacaqda düşdüm və bu adam arxamdan çıxdı və məni milliyyətimə görə təhqir etməyə başladı. Bu məqamda daha dözə bilmədim. Məncə, bu, artıq çoxdur. Çantamı atıb onu vurmağa başladım”.

Həmin kateqoriyadan